Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura toplantısı

post-img

Fevralın 7-də Astanadakı Milli Muzeydə Qazaxıstanın sədrliyi və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mədəniyyət nazirliklərinin, eləcə də türk ölkələrinin dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura toplantısı keçirilib.

İclasda Fondun prezidenti Aktotı Raimkulova türk dövlətləri başçılarının göstərişinə əsasən, “Türk dünyasına baxış 2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi ilə Türk mədəni irsinin beynəlxalq aləmdə qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın strateji istiqamətləri barədə məlumat verib. Həmçinin 2024-cü il üzrə Fondun fəaliyyətinə dair ətraflı hesabat təqdim olunub.

İclasın yekunlarına əsasən təşkilata üzv ölkələrin nümayəndələri tərəfindən Fondun 2024-cü il üzrə fəaliyyətinin yüksək qiymətləndirilməsi, 2025-2026-cı illər üçün Fəaliyyət Planının təsdiq edilməsi barədə Protokol imzalanıb.

Tədbirdə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayevanın sədrliyi ilə keçirilən şura toplantısında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu, eləcə də türk ölkələri dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Son xəbərlər