Axtarışda olan 100 nəfər saxlanılıb

post-img

Fevralın 3-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 49 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-n məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Son xəbərlər