AFFA-nın inkişaf strategiyası qəbul edilib

post-img

AFFA-nın prezidenti Rövşən Nəcəfin iştirakı ilə İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Vitse-prezident Sərxan Hacıyev gündəlik barədə məlumat verib.

İcraiyyə Komitəsi Cahangir Fərəcullayevi AFFA-nın baş katibi vəzifəsinə təyin edib. Qurumun 2025-ci il üçün büdcəsi təsdiqlənib. 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.

İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb.

XQ

Son xəbərlər