Ədliyyə naziri Astarada qəbul keçirib

post-img

Ədliyyə naziri Fərid Əhmədov yanvarın 31-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

XQ

Son xəbərlər