Gənclərin Vətən sevgisi estafeti

post-img

Dünən Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri açıq elan edərək bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır. Deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin nəsildən-nəslə ötürülməsinin məhz gənclərin bu həqiqətlər barədə olan biliklərinə əsasən baş verir.

İcmanın Ağsaqqallar Şurası və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışı zamanı gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakının əhəmiyyətini vurğulayıb. Deputat gənclərin gələcək həyatında önəm daşıyan xaricdə təhsillə bağlı dövlət proqramlarından da bəhs edib. O bildirib ki, təkcə ötən il 300-dək tələbə bu proqramlardan yararlanıb və onların bütün xərclərini dövlət öz üzərinə götürüb.

İcmanın Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və başqaları çıxışlarında gənclərin günümüzün aparıcı-lokomotiv qüvvəsi olaraq Qərbi Azərbaycanla bağlı daha ətraflı məlumata malik olmalarının vacibliyini qeyd ediblər.

Daha sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gəncin eləcə də İcma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatının mükafatlandırılması həyata keçirilib. Ardınca İcmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlük vəsiqələri təqdim edilib.

XQ

Son xəbərlər