Yenə də yağmursuz, amma dumanlı

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, yanvarın 10-da Bakıda və  Abşeron yarımadasında hava  dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. 

Mülayim cənub-şərq küləyi əsəcək.   Gecə 5-8°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz  olacaq. Azərbaycanın rayonlarında əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Q.QASIMOV 
XQ 

 

Son xəbərlər