Naxçıvanda polis orqanlarına yeni avtomobillər verilib

post-img

Yeni ilin ilk günlərində Naxçıvan Muxtar Respublikasında daxili işlər orqanlarına yeni avtomobillər verilib.

Muxtar Respublika Daxili İşlər Nazirliyindən  XQ-yə verilən məlumatda qeyd edilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvanda daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

Bu istiqamətdə görülən işlər çərçivəsində müasir avadanlıqla təchiz edilmiş “Kia Sportage”, “Kia Optima”, “BMW” markalı avtomobillər ictimai təhlükəsizliyin daha etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması üçün polisin şəxsi heyətinin xidməti istifadəsinə verilib.

 

Səbuhi HƏSƏNOV
XQ

Son xəbərlər