Məlum olduğu kimi, dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çoxsaylı insan itkisindən sonra Prezident İlham Əliyev ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib. Matəm əlaməti olaraq dövlət bayraqları yarıya endirilib.
Səbuhi Həsənov
XQ-nin bölgə müxbiri