Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
Səlahiyyətli nümayəndə şəhər sakinlərinin, o cümlədən şəhid ailəsi üzvləri və qazilərin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb.
Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Səbuhi HƏSƏNOV
XQ-nin bölgə müxbiri