Hindistanda döyüş qayığı və bərə toqquşub, 13 nəfər həlak olub

post-img

Hindistanın Mumbay sahillərində döyüş gəmisi sərnişin bərəsi ilə toqquşub. CNN xəbər verir ki, toqquşma nəticəsində 3-ü dənizçi olmaqla 13 nəfər həlak olub.

Qəza bərə Qarapuri adasının mərkəzi hissəsində yerləşən məşhur turistik məkan olan Elephanta mağaralarına doğru hərəkət edərkən baş verib. Maharştra ştatı baş nazirinin müavini Devendra Fadnavisin yaydığı ilkin məlumatlara görə, döyüş katerinin mühərriki sıradan çıxıb. Toqquşmadan sonra axtarış-xilasetmə əməliyyatı başlayıb: Fövqəladə Hallar Xidməti 101 nəfəri xilas edib.

Cənab Fadnavis həlak olanların yaxınlarına başsağlığı verib. Onlara 500 min rupi veriləcəyini vəd edib. Hindistanın baş naziri Narendra Modi daha sonra bəyan edib ki, milli yardım fondu həlak olanların yaxınlarına əlavə olaraq 200 min rupi, qurbanlara isə 50 min rupi yardım edəcək.

P.ƏMİRCANOV
XQ

 

Dünya