Azər Bayramov: “Son 22 ildə Naxçıvanın büdcəsi 13 dəfədən çox artıb”

post-img

2003-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının büdcəsi dövlət büdcəsindən ayrılan dotasiya ilə birlikdə 13,2 dəfə və yaxud 498,3 milyon manat artaraq 539,3 milyon manata çatıb.

Bu fikirləri maliyyə nazirinin müavini Azər Bayramov bu gün Naxçıvanda keçirilən Maliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, 22 il ərzində muxtar respublikanın təkcə özünün büdcə gəlirləri isə 16,5 dəfə və yaxud 190,5 milyon manat artaraq 202,8 milyon manata yüksəlib.

Səbuhi HƏSƏNOV,
“XQ”nin bölgə müxbiri

Son xəbərlər