Qırğızıstandakı səfirliyimizdə Ulu öndərin büstünün açılışı

post-img

Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün açılışı olub.

Açılışda Qazaxıstanın səfiri Rapil Joşıbayev, Özbəkistanın səfiri Saidikram Niyazxocayev, Tacikistanın səfiri Alizoda Nazirmad, Belarusun səfiri Sergey Molunov, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almambet Matubraimov, Qırğız Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev, Heydər Əliyev adına Məktəbin direktoru Kanıkey Alımkulova iştirak ediblər.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov ulu öndər Heydər Əliyevin xatirəsinin azərbaycanlıların qəlbində ildən-ilə daha da möhkəmləndiyini söyləyib. “1990-cı illərdə və 2000-ci illərin əvvəllərində o, sabitliyə nail oldu. Bu sabitlik sayəsində biz iqtisadi cəhətdən inkişaf edə bildik, eyni zamanda, hərbi-siyasi potensialımızı gücləndirə bildik. Heç kim inanmayanda Heydər Əliyev inanırdı ki, biz işğal olunmuş əraziləri azad edəcəyik. O, bu inamı xalqımızın qəlbinə saldı. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin Qarabağı azad etmək vəsiyyətini yerinə yetirdi”, – deyə səfir qeyd edib.

XQ

Son xəbərlər