Daha bir yolda piyadaların rahat gediş-gəlişi təmin olundu

post-img

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektində (Mərkəzi Parkın yaxınlığı) yeni nəsil düyməli piyada svetoforları quraşdırılaraq piyadaların istifadəsinə verilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, bununla da, həm yaxınlıqda yaşayan sakinlər, həm də Mərkəzi Parka gələn vətəndaşlar keçiddən rahat istifadə edə bilirlər.

Son xəbərlər