Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz” mövzusunda müzakirə keçirilib.
Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aynur Sabitova Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşında və mədəniyyətində oynadığı əhəmiyyətli rolundansöz açaraq deyib: “Bu torpaqlar yalnız tarixi abidələrlə deyil, həm də xalqımızın mədəni kimliyi ilə bağlıdır. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktları təkcə bu abidələrin məhv edilməsi deyil, həm də milli kimliyimizə qarşı yönəlmiş məqsədyönlü siyasətdir”.
Bildirilib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanıb və bu, Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda mühüm rol oynayır. Hər birimiz dövlətimizin həyata keçirdiyi siyasətə öz fəaliyyətimizlə dəstək verməliyik. Bu baxımdan QHT-lərin milli irsimizin qorunması istiqamətində fəaliyyəti çox əhəmiyyətlidir. QHT Agentliyinin dəstəyi ilə yaradılan elektron baza və “Danışır tarix” filmi, milli irsimizin təbliği və qorunmasına xidmət edir. Film “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi abidələrdən bəhs edir.
XQ