BTQ-nin icraçı direktoru BMT sessiyasında çıxış edib

post-img

Dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında Afrikaəsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası başlayıb.

Məclisin məqsədi əsasən Afrika əsilli xalqların müstəmləkəçilik siyasətindən gördüyü zərərlər ətrafında fikir mübadiləsi aparmaqdır. Müstəmləkəçiliklə mübarizədə fəal beynəlxalq QHT olaraq Bakı Təşəbbüs Qrupu da tədbirə dəvət alıb.

Toplantıda çıxış edən təşkilatın icraçı direktoru Abbas Abbasov qrupun fəaliyyət coğrafiyasının genişlənməsi ilə bağlı məlumat verib və müstəmləkə regionlarındakı cari vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmin regionlarda Afrikaəslli xalqların da yaşadığını qeyd edən BTQ-nin icraçı direktoru təşkilat olaraq onların apardığı müstəqillik mübarizələrinə beynəlxalq hüquq çərçivəsində dəstək verməyə və aidiyyəti beynəlxalq təşkilatlara çağırış etməyə davam edəcəklərini bəyan edib.

Sessiya dekabrın 6-dək davam edəcək.

XQ

Son xəbərlər