Beyləqanda əmək yarmarkası: 20 müəssisə tərəfindən 150 vakansiya təqdim olunub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər Evində əmək yarmarkası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əmək yarmarkalarının təşkil olunması nəticəsində işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi vurğulanıb, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib.

Əmək yarmarkasında 20 müəssisə üzrə 150 vakansiya təqdim olunub. Tədbir iştirakçıları əmək yarmarkasında təklif olunan iş yerləri ilə tanış olublar. Yarmarkada iştirak edənlər, həmçinin Qarabağ bölgəsində olan vakansiyalar, karyera planlaması xidməti, peşə hazırlıq kursları barədə məlumat əldə ediblər.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Son xəbərlər