Türkiyədə Azərbaycan–Macarıstan enerji əməkdaşlığı müzakirəsi

post-img

İstanbul Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü olub.

Görüşdə Azərbaycandan qaz tədarükü, Macarıstan şirkətləri ilə neft-qaz sektorunda əməkdaşlıq və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, həmçinin Birgə Müəssisənin fəaliyyəti əsas müzakirə mövzusu olub.

“Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının cari vəziyyətinə və Bolqarıstanın layihəyə qoşulmasına dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Macarıstan arasında enerji üzrə işçi qrupunun fəaliyyətinə də toxunulub və növbəti iclasın 2025-ci ildə keçiriləcəyi qeyd olunub.

Söhbət zamanı COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və yaşıl enerji keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.

XQ

Son xəbərlər