DSX-nin Sərhəd Qoşunları Komandanlığı COP29 konfransı ilə əlaqədar zəruri tədbirləri görüb

post-img

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçirilən 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar zəruri tədbirlər görülüb və qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilib.

Bu fikirləri  Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində "XQ"yə müsahibəsində dedi.

Xidmət rəisinin müavini bildirdi ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir. 

"Biz əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və  qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyini yüksək səviyyədə təmin olunur", - deyə DSX generalı qeyd etdi.   

Rizvan FİKRƏTOĞLU
XQ



















Son xəbərlər