Fatih Terim Gənclər və İdman Nazirliyində

post-img

Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terimi qəbul edib.

Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib.

COP29 çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər