Ceyhun Bayramov COP29-un dialoqunda

post-img

Noyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramov COP29-un Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli dialoqda çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, yüksəksəviyyəli tədbirdə, həmçinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux, Nepal Prezidenti Ramçandra Paudel, habelə digər yüksəksəviyyəli rəsmilər iştirak ediblər.

Tədbirdə çıxışı zamanı C.Bayramov dağların Yer kürəsində bir çox insanın evi rolu oynaması ilə yanaşı, onların təmin etdiyi təbii ehtiyatların, o cümlədən, su resurslarının vacibliyi, habelə ekosistem və biomüxtəliflik baxımından əhəmiyyətindən bəhs edib.

Dağlarda buzlaqların əriməsi, bunun nəticəsində yaranan daşqın və torpaq sürüşmələri kimi fəlakətlərin bu istiqamətdə sistematik tədbirlərin görülməsini şərtləndirdiyi diqqətə çatdırılıb.

Azərbaycanın COP29 sədrliyinin, o cümlədən dağ ekosistemi ilə bağlı iqlim problemlərinin yerli icmalara münasibətdə spesifik və hədəfyönümlü iqlim planlarına ehtiyac duyduğuna diqqət çəkdiyi qeyd olunub.

XQ

Son xəbərlər