İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbərliyi

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) hazırda dünyanı ən çox narahat edən mövzular müzakirə olunur.

Bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Kamran Əliyev COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən, noyabrın 15-də keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiya barədə də danışıb: “Noyabrın 15-də COP29 çərçivəsində plenar iclasımız baş tutacaq. Həmin tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrdən 130-dan artıq nümayəndə gəlib. İclasda hüquq-mühafizə orqanlarının ekoloji cinayətkarlığa, ekoloji terrora qarşı mübarizə üsulları, iqlim dəyişikliyində müsbət tendensiyalar müzakirə olunacaq”, – deyə Baş prokuror bildirib.

XQ

 

Son xəbərlər