Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Özbəkistanda səfərdədir.
Konfederasiya sədri noyabrın 11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki Heydər Əliyev parkında və paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Liderinin abidələrini ziyarət edib.
Məmmədov Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında qurumun sədri Qudratulla Rafiqovla görüşüb.
Azərbaycan–Özbəkistan münasibətlərindən, dövlətlərimizin bir çox sahə üzrə genişlənən əməkdaşlığından, ölkə başçıları səviyyəsində baş tutan qarşılıqlı səfərlərdən və bunun əhəmiyyətli nəticələrindən, həmçinin həmkarlar ittifaqları səviyyəsində əlaqələrdən bəhs olunub.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Aktau