Aktau şəhərindəki Prezident bağında Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun və Manqistau vilayət Akimliyinin dəstəyi ilə yaradılan “Azərbaycan – Qazax xalqlarının Dostluq xiyabanı" açılıb.
Mərasimdə Mangistau vilayət və şəhər rəhbərliyinin nümayəndələri, Azərbaycan icmasının fəalları iştirak ediblər.
Azərbaycan Konsulluğunun rəhbəri Elçin Məmmədov qardaş xalqlarımızın sarsılmaz dostluğundan, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, Bakıda keçirilən COP29 konfransından danışıb. O, Dostluq xiyabanının xalqlarımız arasında tarixi köklərə soykənən dostluq, qardaşlıq bağlarının möhkələnməsinə xidmət edəcəyini vurğulayıb.
Vilayət akiminin müavini Abat Urisbayev iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən, əlaqələrin dərinləşməsi istiqamətində görülən işlərdən danışıb.
Mərasimdən sonra ekoloji aksiya keçirilib və xiyabanda COP29 şərəfinə Azərbaycanın florasını təmsil edən Eldar şamı, Xan çinar, nar, zeytun, badam və digər meyvə ağacları olmaqla 300 ting əkilib.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Aktau