Muxtar Babayev: Gənclər iqlim dəyişmələri ilə mübarizədə ən güclü səsə çevrilə bilərlər

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransı (COY19) uşaqların və gənclərin iqlimlə bağlı müzakirələrə qoşulması baxımından çox mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransının (COY19) bağlanış mərasimində deyib.

"İqlim böhranının ən ağır təsirinə uşaqlar məruz qalır. Ancaq gənclər iqlim dəyişmələri ilə mübarizədə ən güclü səsə çevrilə bilərlər. Gələcək nəslin səsi nəzərə alınmadan heç bir həll yolu inklüziv hesab edilə bilməz. COP tədbirinə yalnız 2 gün qaldığı bu dönəmdə gəlin yaşıl dünya naminə səylərimizi daha da artıraq və həmrəylik nümayiş etdirək", - deyə M.Babayev qeyd edib.

Son xəbərlər