Türkiyə İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

post-img

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 3 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumatı “Anadolu” verib. 

Açıqlamaya görə, zərərsizləşdirilən silahlılar “Pençe-Kilit” (Pəncə-Qala) əməliyyatı bölgəsindəki Metin bölgəsində tapılıb.

Nazirlik Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün əməliyyatları davam etdirəcəyini vurğulayıb.

Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh çeşməsi” (2019) əməliyyatlarından gedir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər