Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

post-img

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlıq memorandumu imzalayıb. 

Əməkdaşlığın məqsədi peyk monitorinqi ilə quraqlıq, daşqın və iqlimlə bağlı digər fəlakətlər zamanı kənd təsərrüfatı sahələrinin üzləşəcəyi riskləri əvvəlcədən sığortalamaqdır. 

Hazırda iqlim dəyişiklikləri fonunda peyk məlumatlarının kənd təsərrüfatı sığortasına inteqrasiyası və bu sahədə istifadəsi dinamik prosesdir. 

Bu əməkdaşlıq sayəsində yerin məsafədən müşahidəsi və coğrafi informasiya həlləri və bitki örtüyü indekslərindən istifadə etməklə əkin sahələrində monitorinqin icrası, məhsuldarlıq proqnozlarının əldə edilməsi və hər hansı fəlakətlər zamanı dəymiş zərərin qiymətləndirilməsi mümkün olacaq. 

Qeyd edək ki, aqrar sektorun sığortası ilə kosmik həllərin birgə istifadəsi təkcə sığortaçılara fayda vermir, həm də bütövlükdə kənd təsərrüfatı sektorunun dayanıqlılığını və maliyyə itkilərindən qorunmasını dəstəkləyir.

 

Son xəbərlər