Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər.
Müdafiə Nazirliyinin məlumatına görə, tədbirdə 12 ölkədən 15 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.
Ziyarətçilər üçün təşkil olunan brifinqdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi, cari fəaliyyət istiqamətləri, əməkdaşlıq sahələri və perspektiv planları barədə məlumatlar verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
XQ