Qərbi Azərbaycan İcmasında görüş

post-img

Qərbi Azərbaycan İcmasında ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Northwood” kilsəsinin baş pastoru Bob Roberts, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çen və İcma rəsmiləri arasında görüş keçirilib.

QAİ-nin Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, deportasiyalardan sonra Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, o cümlədən, 300-dən çox məscid, saraylar, qala və karvansaralar, o cümlədən, 500-ə yaxın qəbiristanlıq da yerlə-yeksan edilib.

İcmanın Gənclər Şurasının sədr müavini, deputat Kamal Cəfərov qonaqlara məscid və məzarlıqların dağıdılmasının dini baxımdan da heç bir ölçüyə sığmadığını, Ermənistanın bu cür davranışlarına dərhal son verməsinin vacib olduğunu vurğulayıb.

Pastor Bob Roberts isə bildirib ki, Qərbi Azərbaycanla bağlı daha əvvəl Qərb mediasından eşitmiş olsa da, indi məsələnin əsl mahiyyəti ilə bağlı daha təfsilatlı və doğru məlumata malik oldu. Əvvəllər Qərbi Azərbaycan mövzusunu yalnız Qərb mediasından eşidib, lakin indi bu məsələnin əsl mahiyyətini daha təfsilatlı və doğru məlumatlarla öyrənmiş olub. O, Azərbaycandakı yüksək tolerantlıq səviyyəsini qeyd edərək, sülh və barışıq naminə bu modelin hər iki ölkədə tətbiq olunmasının vacibliyini vurğulayıb.

XQ

Son xəbərlər