Oktyabrın 27-də Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (vilayət, şəhər, rayon) seçkilərin nəticələri oktyabrın 28-də elan olunub .
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirdiyi brifinqdə bildirib ki, seçkilərdə səs hüququ olan 19 milyon 944 seçicinin 15 027 527 nəfəri səs verib ki, bu da səslərin 74,72 faizi deməkdir.
O bildirib ki, 150 deputat mandatı uğrunda mübarizəyə 875 namizəd qatılıb. Özbəkistanın yeni qanunlarına görə ilk dəfə deputatların 75-i mojoritar, 75-i isə proporsional sistemlə seçilib.
Onun sözlərinə görə 150 deputat yerindən Sahibkarlar və İşgüzar adamlar- Özbəkistan Liberal-Demokratik Partiyası 64 (42,7%), “Milli Dirçəliş” Demokratik Partiyası 29 (19,3%), “Ədalət” Sosial-Demokrat Partiyası 21 (14%), Xalq Demokrat Partiyası 20 (13%) və Ekoloji Partiya 16 (10,7%) mandat qazanıb.
Zayniddin Nizamxocayev yeni seçilən deputatları təbrik edib, onlara Özbəkistanın inkişafı vvə dirçəldilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd