Cenevrədə “Yaşıl rəqəmsal fəaliyyət təşəbbüsü” açıqlanıb

post-img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) aldığımız məlumata görə, bir sıra xarici ölkələrin Cenevrədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları üçün brifinq təşkil olunub. Tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və RİNN-nin COP29 zamanı keçiriləcək “Yaşıl rəqəmsal fəaliyyət təşəbbüsü” ilə bağlı keçirilib.

Brifinqə Cenevrədə fəaliyyət göstərən 30-a yaxın diplomatik missiyadan nümayəndələr iştirak ediblər. Tədbirdə çıxış edənlər adıçəkilən təşəbbüsün əhəmiyyəti barədə məlumat veriblər.

Brifinqə, həmçinin iqlim konfransına hazırlıq prosesinin gedişatı, planlaşdırılan işlər və qarşıda duran vəzifələr və prioritetlərə dair təqdimat olub.

XQ

Son xəbərlər