Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş Kamran Rüstəmov saxlanılıb.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Onun üzərindən külli miqdarda tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərə qarşı mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ