Zakir Həsənov Qırğızıstanda

post-img

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda "Azərbaycan Müdafiə Nazirliyi ilə Qırğızıstan Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

***

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə birgə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Abidə önünə əklil qoyulub, 1916-cı ildə baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş olunub.

Son xəbərlər