FETÖ terror təşkilatı başçısının ölüm xəbəri

post-img

Türkiyənin media qurumları oktyabrın 21-də “Paralel dövlət” – FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin ölüm xəbərini yayıb.

NTV, “CNN Türk” və “HaberGlobal” Gülənin əlaltılarının nəzarətində olan informasiya resurslarına, habelə cinayətkar təşkilat üzvlərinin sosial şəbəkələrdə dərc etdikləri məlumatlara istinadla bildirib ki, 84 yaşlı FETÖ lideri bazar günü axşam ABŞ-də dünyasını dəyişib.

Cinayətkar təşkilatın rəhbəri 1999-cu il martın 21-də müalicə bəhanəsi ilə ABŞ-yə qaçıb və o vaxtdan Pensilvaniyada yaşayırdı. Son illərdə həkimlər Gülənə böyrək çatışmazlığı, şəkərli diabet və demensiya diaqnozu qoymuşdular.

Türkiyənin rəsmi strukturları hələlik bu məlumatı şərh etməyib.

Son xəbərlər