Köməksiz vəziyyətdə qalmış 6 nəfər xilas edilib

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov və Yasamal rayonları ərazisində 2 ünvanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma, Nərimanov rayonunda 2 ünvanda doqquzmərtəbəli yaşayış binalarında liftdə qalma və Səbail rayonunda 1 nəfərin intihara cəhdi barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Son xəbərlər