Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Naxçıvan Muxtar Respublikasında yollarda təhlükəsizliyin artırılması məqsədilə küçə və prospektlərdə mövcud nişanlara baxış keçirilib.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, standartlara və normativ-texniki tələblərə cavab verməyən, yararsız vəziyyətdə olan, istismar müddəti bitmiş yol nişanlarının müəyyən edilməsi istiqamətində iş aparılıb.
Monitorinqin nəticələrinə əsasən, sözügedən yol nişanlarının müasir standartlara uyğun yeniləri ilə əvəzlənməsi zəruri hesab edilib.
Hazırda Naxçıvanda müvafiq yol nişanlarının standartlara uyğun dəyişdirilməsi həyata keçirilir.
İlkin mərhələdə 650 yol nişanı yenilənib. Proses davam etdirilir.

