DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün “Yamaha” markalı motosikletin sürücüsünə “saxla” işarəsi verilib.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
P.ƏMİRCANOV
XQ