Azərbaycanlı maliyyə eksperti Qazaxıstanda bir neçə modulu özündə birləşdirən layihə təqdim edib

post-img

Azərbaycanlı maliyyə mütəxəssisləri Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Konfransda maliyyə eksperti Sadiq Salahov çıxış edərək “Olive Soft ERP” layihəsini təqdim edib.

Layihə hər bir təşkilat üçün lazımi bütün komponentləri, o cümlədən insan resursları, maliyyə (mühasibatlıq), anbar, satınalma, satış və s. modulları özündə cəmləşdirir.

Azərbaycanın milli məhsulu olan proqram təminatı təşkilatın bütün fəaliyyətini əks etdirməklə yanaşı, idarəetmə üçün əlverişlidir və multifunksionallığı sayəsində istənilən fəaliyyət sahəsinə uyğunlaşa bilir. Layihənin məqsədi şirkətin (və ya şirkətlər qrupunun) fəaliyyətini vahid proqramda cəmləşdirmək və proqram alışı üçün xaricə pul axınının qarşısını almaqdır.

XQ





Son xəbərlər