Sabaha gözlənilən hava proqnozu açıqlanıb

post-img

Azərbaycanda oktyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə və gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, əksər rayonlarda fasiləli yağıntı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15°, gündüz 16-21°, dağlarda gecə 3-7°, gündüz 10-15° isti olacaq.

Son xəbərlər