Köməksiz vəziyyətdə qalanlar xilas edilib

post-img

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Məlumatı nazirliyin mətbuat xidməti verib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 7 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 5 nəfər təxliyə edilib.

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər