Baş prokurorun Gəncədə vətəndaş qəbulu

post-img

Oktyabrın 11-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 149 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbul işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Həmçinin “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub.

XQ

Son xəbərlər