Mədəniyyət naziri Naxçıvanda qəbul keçirib

post-img

Mədəniyyət naziri Adil Kərimli dünən Naxçıvan şəhərində vətəndaşlarla görüşüb.

Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda nazir Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Adil Kərimli vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Son xəbərlər