Türkiyənin Ədliyyə naziri Ali Məhkəmədə

post-img

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Yılmaz Tunçun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 4-də Azərbaycan Respublikasının Ali Məhkəməsini ziyarət edib.  

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, qarşılıqlı səfərlər və ikitərəfli görüşlərin keçirilməsi iki qardaş ölkə arasında möhkəm təməl üzərində qurulan, inkişaf edən əlaqələrə böyük töhfə verir. 

Qonaqlara Ali Məhkəmənin fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilib. 

Türkiyə nümayəndə heyətinin rəhbəri Yılmaz Tunç “Bir millət, iki dövlət” prinsipinə əsaslan ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. 

XQ

 

Son xəbərlər