“Toyota”nın ehtiyat hissələri oğurlanıb

post-img

Sentyabrın 30-da Nəsimi rayonu ərazisində “Toyota” markalı avtomobildən arxa oturacaq və ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətinin məlumatına görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 32 yaşlı A.Yusifzadə müəyyən olunaraq saxlanılıb. 

Sentyabrın 25-də isə bir nəfərin bank kartından 211 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları oğurluq əməlində şübhəli bilinən 29 yaşlı O.Rzayevi saxlayıblar. 

 

Araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər