Bakıda evdən, Şəkidə fermadan oğurluq edilib

post-img

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məmmədli kəndi ərazisində bir evdən 1100 manat dəyərində məişət əşyaları və naqil, digər evin zirzəmisindən isə 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən 29 yaşlı E.Abidov və əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 38 yaşlı R.Qasımov saxlanılıb. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər ərazisindəki fermaların birindən 6500 manat pul oğurlamaqda şübhəli bilinən 45 yaşlı Z.Fətəliyev, əvvəllər məhkum olunmuş 41 yaşlı R.Novruzəliyev və 63 yaşlı Ü.Novruzəliyev saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər