Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Qaraçuxur qəsəbəsində evlərin birindən 17700 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları isə Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 890 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 55 yaşlı B.Məmmədovu saxlayıblar.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ