Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

DİN mətbuat xidmətinin məlumatına görə, sentyabrın 24-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər