Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Bu barədə XQ-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
“Döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 23-dən 27-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - məlumatda qeyd edilib.