Qazaxıstanın Türküstan vilayətində keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimləri başa çatıb

post-img

Sentyabrın 10-dan 19-dək Qazaxıstanın Türküstan vilayətinin Orda poliqonunda keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimləri başa çatıb. 

Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə təlimlərdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistanın xüsusi təyinatlıları iştirak edib. Qırğızıstan və İordaniya təlimlərə müşahidəçi kimi dəvət olunub. 

Məlumatda bildirilir ki, təlimlərdə xüsusi təyinatlılar taktika, atəş, snayper, dağ və paraşüt hazırlığı üzrə praktiki tapşırıqları peşəkarlıqla icra ediblər. Onlar yaşayış məntəqəsindəki qeyri-qanuni silahlı birləşmənin aşkar olunması və zərərsizləşdirilməsi istiqamətində tapşırıqları da ustalıqla yerinə yetiriblər.

Nazirliyin verdiyi məlumatda deyilir ki, bu ölkələrin xüsusi təyinatlıları verilən tapşırıqlar zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Türküstan 

Son xəbərlər