Tapança, tüfəng və narkotik aşkarlanıb

post-img

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən müxtəlif hüquqpozmalara qarşı sentyabr ayı ərazində həyata keçirilən tədbirlər zamanı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər saxlanılıb. 

DİN mətbuat xidmətinin məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində isə 5 nəfər tutularaq istintaqa təqdim edilib. Onlardan 5 kiloqramdan artıq metamfetamin və marixuana aşkarlanıb.

Əməliyyat yolu ilə 1 nəfərdən “Makarov” markalı tapança aşkarlanıb, profilaktik tədbirlərlə isə vətəndaşlar tərəfindən müvafiq sənədləri olmayan 4 ədəd tüfəng təhvil verilib. Mülki öhdəlikləri yerinə yetirməyən 29 şəxs müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. 14 inzibati icraat üzrə talama hadisələri törədən şəxslər barəsində də tədbirlər görülüb. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər