FHN köməksiz vəziyyətdə qalanları xilas edib

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma və Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində isə 1 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Məlumatı nazirliyin mətbuat xidməti verib. 

Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü azyaşlı olmaqla ümumilikdə 4 nəfər xilas edilib.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər